Misli Premyer Liqasının XXIV turunda "Neftçi" "Qəbələ"ni məğlub edib.
Oxu.Az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 1:3 hesablı qələbəsi ilə bitib.
"Ağ-qaralar"ın heyətində Bassala Sambu (22), Emin Mahmudov (69-p) və Murad Məmmədov (77) fərqləniblər. Ev sahiblərinin qolunu isə Seydina Keyta (19-p) vurub.
Xallarının sayını 34-ə çatdıran "Neftçi" turnir cədvəlində altıncı sıraya yüksəlib. "Qəbələ" isə 16 xalla on birincidir.
Qeyd edək ki, daha əvvəl keçirilən görüşlərdə "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "Sumqayıt"ı (1:0), "Sabah" "İmişli"ni (5:0), "Qarabağ" "Zirə"ni (3:1) məğlub edib. "Kəpəz" "Turan Tovuz" matçında isə (1:1) qalib müəyyənləşməyib.
Misli Premyer Liqasının XXIV turunda qərb derbisi baş tutub.
Oxu.Az xəbər verir ki, Yevlax şəhər stadionunda qarşılaşan "Kəpəz" və "Turan Tovuz" kollektivlərinin duelində qalib müəyyənləşməyib.
Hesabı ev sahiblərindən 55-ci dəqiqədə Rəhman Hacıyev açıb. Qonaqların bərabərlik qolunu isə 61-ci dəqiqədə Joarlem Santos vurub.
Bu turdan sonra avrokuboklara iddialı "Turan Tovuz" 45 xalla turnir cədvəlinin üçüncü sırasında qərarlaşıb. 17 xala malik "Kəpəz" isə onuncudur.
Qeyd edək ki, daha əvvəl keçirilən görüşlərdə "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "Sumqayıt"ı (1:0), "Sabah" "İmişli"ni (5:0), "Qarabağ" "Zirə"ni (3:1) məğlub edib.
Misli Premyer Liqasında XXIV tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, əvvəlcə Yevlax şəhər stadionunda "Kəpəz" "Turan Tovuz"u qəbul edəcək.
Qərb derbisi saat 15:00-da başlayacaq.
Ardınca isə "Neftçi" səfərdə "Qəbələ"nin qonağı olacaq. Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 18:00-da start götürəcək.
Qeyd edək ki, avrokuboklara iddialı "Turan Tovuz" 44 xalla turnir cədvəlinin üçüncü sırasında qərarlaşıb. 31 xalı olan "Neftçi" yeddinci, 17 xala malik "Kəpəz" isə onuncudur. Gəncəlilərdən bir xal az toplayan "Qəbələ" isə on birinci yerdədir.
Misli Premyer Liqası
III dövrə, XXIV tur
15 mart
15:00. "Kəpəz" - "Turan Tovuz"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, Ruslan Quliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu
18:00. "Qəbələ" - "Neftçi"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
VAR: Kamal Umudlu.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Qəbələ şəhər stadionu
Qeyd edək ki, daha əvvəl keçirilən görüşlərdə "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı (2:1), "Şamaxı" "Sumqayıt"ı (1:0), "Sabah" "İmişli"ni (5:0), "Qarabağ" "Zirə"ni (3:1) məğlub edib.