“Zirə” Azərbaycan Premyer Liqasının X turunda qarşılaşacağı “Kəpəz”ə ölkə çempionatlarında altı il yeddi aydır məğlub olmur.
“Report”un məlumatına görə, Gəncə təmsilçisi axırıncı dəfə 2017-ci ilin martında paytaxt təmsilçisi ilə dueldən 3 xalla ayrılıb.
Həmin vaxtdan bəri baş tutan doqquz qarşılaşmanın beşində qələbə qazanan “Zirə” digər dörd matçda heç-heçə ilə kifayətlənib.
Ümumiyyətlə, 2015-ci ildən başlayan rəqabətdə komandalar 17 dəfə üz-üzə gəliblər. “Kəpəz” bu qarşılaşmaların cəmi üçündə qələbə sevinci yaşayıb. Digər görüşlərin yeddisində məğlub olan gəncəlilərin eyni sayda da bərabərliyi var. Bölgə komandasının 16 qolunun əvəzini paytaxt təmsilçisi 23 qolla çıxıb.
Qeyd edək ki, oktyabrın 21-də Tovuz şəhər stadionunda keçiriləcək “Kəpəz” - “Zirə” oyunu saat 15:00-da başlayacaq.