"Mançester Siti"nin qolkiperi Edersonu transfer edən "Fənərbağça" klubu futbolçu və ailəsini İstanbula xüsusi təyyarə ilə gətirir.
Oxu.Az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Ahmet Konanç şəxsi sosial şəbəkə hesabından paylaşım edib.
Onun sözlərinə görə, qolkiperi Türkiyəyə gətirən təyyarə artıq yola çıxıb.

Qeyd edək ki, Edersonla "Qalatasaray" da yaxından maraqlanırdı. Lakin "sarı-qırmızılar" onun üçün maksimum 10 milyon avro ödəməyə hazır olublar. "Fənərbağça" isə bu keçidi 14+1 (bonus) milyon avroya reallaşdırıb.
"Fənərbağça" klubu "Mançester Siti"nin futbolçusu Edersonu transfer edir.
Oxu.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, "sarı-lacivərdlər" həm oyunçunun özü ilə, həm də klubu ilə bütün məsələlərdə razılığa gəliblər.
Edersonla "Qalatasaray" da yaxından maraqlanırdı. Lakin "sarı-qırmızılar" onun üçün maksimum 10 milyon avro ödəməyə hazır olublar. "Fənərbağça" isə bu keçidi 13-14 milyon avroya reallaşdırıb.