Transfer çalışmalarını davam etdirən “Neftçi” PFK daha bir keçidi rəsmiləşdirib.
Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, qanalı futbolçu Kvame Karikari ilə iki il müddətinə müqavilə imzalanıb.
26 yaşlı hücumçu bu komandanın 11 nömrəli formasını geyinəcək.
Sonuncu klubu "Əl-Ərəbi” (Qətər) olan Kvame Karikari Qananın "İnterneyşnl Ellies”, İsveçin AİK, "Deqerfors”, "Halmstad”, Türkiyənin "Balıkəsirspor”, Norveçin "Hoqesund”, Ukraynanın "Stal”, Qətərin "Əl-Marhiya” və Qananın gənclərdən ibarət milli komandasında çıxış edib
Qeyd edək ki, "Neftçi” bundan əvvəl müdafiəçilər – Tural Axundov, Slavko Braliç, yarımmüdafiəçilər – Rəşad Eyyubov, Qoran Paratski, hücumçular – Dario Frederiko və Baqali Dabonun keçidini rəsmiləşdirmişdi.