"Qarabağ" Misli Premyer Liqasının X turunda "İmişli"yə qalib gəlib.
Oxu.Az xəbər verir ki, "Azərsun Arena"da keçirilən qarşılaşma Qurban Qurbanovun baş məşqçisi olduğu komandanın 2:0 hesablı qələbəsi ilə bitib.
Qolları Abdullah Zubir (52) və Emanuel Addai (82) vurublar.
Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 20 xalla birinci pillədə qərarlaşıb. "İmişli" 12 xalla yeddincidir.
Qeyd edək ki, X tura noyabrın 2-də yekun vurulacaq.
"Qarabağ"ın Misli Premyer Liqasının X turunda "İmişli"yə qarşı keçirəcəyi oyunun heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, "Qarabağ"ın heyətində diqqətçəkən məqam komandanın yayda transfer etdiyi Montielin adının ehtiyat oyunçular arasında olmasıdır.
"Qarabağ": 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 20. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 27. Toral Bayramov, 7. Nəriman Axundzadə, 3. Sami Mmae, 9. Joni Montiel, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.
"İmişli": 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 21. Abbas Ağazadə, 5. İdris İnqilablı, 94. Rafael Vieqas, 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 22. İbrahim Əliyev, 97. Xəzər Mahmudov, 44. Həzrət İsayev, 27. Lətif Rzayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 10. Nikola Karaklaiç, 6. Yau Moses.
Baş məşqçi: Jorj Kaşkilya.
Qeyd edək ki, dünən ispaniyalı yarımmüdafiəçinin "İmişli"yə qarşı oyunda debüt edə biləcəyi barədə məlumat vermişdik.
"Qarabağ" klubu bu gün Misli Premyer Liqasında növbəti oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda X turda "İmişli" ilə üz-üzə gələcək.
"Azərsun Arena"da keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək.
Hazırda rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 17 xalla ikinci pillədə qərarlaşıb. "İmişli" 12 xalla yeddincidir.
Qeyd edək ki, X tura noyabrın 2-də yekun vurulacaq.