İstanbul Böyükşəhər Bələdiyyəsinin meri Ekrem İmamoğlunun müşaviri İbrahim Özkan İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanılıb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, İbrahim Özkan korrupsiya istintaqı çərçivəsində nəzarət altına alınıb və ifadə vermək üçün güclü təhlükəsizlik tədbirləri altında məhkəmə binasına aparılıb.
Polis bölməsindəki müvafiq prosedurların ardından Özkan Çağlayandakı İstanbul Prokurorluğuna aparılıb və ifadə verdikdən sonra sərbəst buraxılıb.