Bu axşam UEFA Çempionlar Liqasında Liqa mərhələsinin dördüncü turunun son oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, gecənin ilk əsas qarşılaşmasında "Qarabağ" Bakıda "Çelsini qəbul edəcək.
İzləyicilər bu oyunu 21:45-dən etibarən "CBC Sport" TV-də izləyə biləcəklər.
Günün digər maraqlı qarşılaşmalarında isə "Ayaks" Niderlandda "Qalatasaray"ı, "Mançester Siti" isə İngiltərədə "Borrusiya Dortmund"u qəbul edəcəklər.
"Ayaks" - "Qalatasaray" oyunu İctimai TV-də, "Mançester Siti" - "Borussiya Dortmund" oyunu isə "CBC Sport" TV-də yayımlanacaq.
UEFA Çempionlar Liqası
IV tur
5 noyabr
Saat 21:45, "Qarabağ" - Çelsi ("CBC Sport" TV).
6 noyabr
Saat 00:00, "Ayaks" - "Qalatasaray" (İctimai TV, TRT 1);
Saat 00:00, "Mançester Siti" - "Borussiya Dortmund" ("CBC Sport" TV).