“Qarabağ” Premyer Liqada yaranan fasilə zamanı bir futbolçu ilə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, hücumçu Maqay Qey ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Halbuki bu futbolçu ilə müqavilə 2021-ci ilin yayınadək idi.
Qeyd edək ki, Seneqal əsilli fransalı Maqay Qey “Qarabağ”da 28 oyunda meydanda olub və bu matçlarda səkkiz qola imza atıb.
