Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Qarabağ"ın Avropa Liqasındakı oyununa maraq azalıb?
UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun görüşündə İsveçin "Malmö" klubunu qəbul edəcək "Qarabağ"ın oyunu üçün 18 000 bilet satılıb. Bu isə öncəki görüşlərdə satılan biletlərin sayından aşağıdır.
Oxu.Az-ın məlumatına görə, əgər Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında Xorvatiyanın "Dinamo" (Zaqreb) kollektivi ilə qarşılaşma üçün biletlər oyuna bir gün qalmış bitmişdisə (31 600 bilet), hazırda bu cür aktivlik müşahidə olunmur. ÇL-in III təsnifat mərhələsinin cavab oyununa da ("Ludoqorets" ilə) azarkeşlərin marağı böyük idi.
Eyni zamanda, oktyabrın 3-də keçiriləcək oyunun biletlərinin qiymətində artım müşahidə olunur.
Belə ki, stadionda 5 manatlıq sektorlardakı biletlərin hamısı satılıb, lakin oyunu 10 manatlıq sektorlarda izləmək istəyən azarkeşlər indi 20 manatlarından keçməli olacaqlar. Ümumiyyətlə, matçın biletlərinin qiyməti sektorlara uyğun olaraq - 5, 20, 75 və 150 manat təşkil edir. C və D sektorlarında "VIP Lounge" üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün isə biletlərin qiyməti 300 manatdır.
Azarkeşlərin marağının turnirlərin xarakteri, yoxsa qiymət fərqindən asılı olduğunu isə iki gün sonra, 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda görəcəyik.
Anar Həsənov
"Tofiq Bəhramov adına Respublika stadionu" teqi üzrə xəbərlər
- Sabiq icra başçısının qohumuna yüksək vəzifə verildi
- "Qarabağ" - "Lion" görüşünə görə yollar bağlanacaq
- "Lion"un baş məşqçisi: "Qarabağ"ın Avrokuboklardakı matçlarını izləmişik"
- Yassin Benzia Bakıda təxribat törətməyə çalışan fransız jurnalistləri SUSDURDU
- Qurban Qurbanov: "Sabahkı oyuna pis hazırlaşmamışıq"
Rəylər