Misli Premyer Liqasının VIII turunda "Qarabağ" və "Neftçi" komandaları arasında keçirilən oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 19:00-da başlayıb. Matçı FIFA referisi Kamal Umudlu idarə edib.
Görüşün 11-ci dəqiqəsində "Neftçi"nin futbolçusu Qustavo Klisman hesabı açaraq komandasını önə keçirib. 18-ci dəqiqədə "Qarabağ"ın futbolçusu Aleksey Kaşuk tarazlığı bərpa edib - 1:1.
34-cü dəqiqədə Qustavo Klisman yenidən fərqlənərək "Neftçi"ni hesabda önə çıxarıb - 1:2.
Oyunun sonlarına yaxın "Neftçi" hesab fərqini artırsa da, "Qarabağ" mübarizəni davam etdirib. 88-ci dəqiqədə Renaldo Sefas fərqi azaldıb - 2:3.
Əlavə olunmuş 5-ci dəqiqədə Kadi Borges "Qarabağ"ın üçüncü qolunu vuraraq hesabı bərabərləşdirib - 3:3.
Beləliklə, "Qarabağ" - "Neftçi" derbisi heç-heçə ilə yekunlaşıb.
"Qarabağ" - "Neftçi" oyununda hesab bərabərləşib.
Oxu.Az xəbər verir ki, qarşılaşmanın 90+5-ci dəqiqəsində Kadi Borges "Qarabağ"ın üçüncü qolunu vuraraq hesabı 3:3 edib.
"Qarabağ" - "Neftçi" oyununda beşinci qol vurulub.
Oxu.Az xəbər verir ki, qarşılaşmanın 88-ci dəqiqəsində Renaldo Sefas fərqi azaldıb - 2:3.
"Qarabağ" - "Neftçi" oyununda hesab dəyişib.
Oxu.Az xəbər verir ki, "Neftçi"nin futbolçusu Draqolyub Saviç matçın 52-ci dəqiqəsində fərqlənərək hesabı 1:3-ə çatdırıb.
"Qarabağ" - "Neftçi" oyununda ilk hissə başa çatıb.
Oxu.Az xəbər verir ki, komandalar fasiləyə "Neftçi"nin 1:2 hesablı üstünlüyü ilə yollanıblar.
Qeyd edək ki, "Qarabağ"ın futbolçusu Zakaria Savonun 45-ci dəqiqədə vurduğu qol ofsayd səbəbindən qeydə alınmayıb.
"Qarabağ" - "Neftçi" oyununda hesab yenidən bərabərləşib.
Oxu.Az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Zakaria Savo matçın 45-ci dəqiqəsində fərqlənərək hesabı 2:2 edib.
"Qarabağ" - "Neftçi" oyununda hesab dəyişib.
Oxu.Az xəbər verir ki, qonaqlar oyunun 34-cü dəqiqəsində Qustavo Klismanın qolu ilə hesabda önə keçiblər - 1:2.
"Qarabağ" - "Neftçi" derbisində hesab bərabərləşib.
Oxu.Az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Aleksey Kaşuk matçın 18-ci dəqiqəsində fərqlənərək hesabı 1:1 edib.
"Qarabağ" - "Neftçi" derbisində hesab açılıb.
Oxu.Az xəbər verir ki, "Neftçi"nin futbolçusu Qustavo Klisman 11-ci dəqiqədə fərqlənərək komandasını hesabda önə keçirib - 0:1.
Misli Premyer Liqasının VIII turu çərçivəsində "Qarabağ" və "Neftçi" komandaları arasında qarşılaşma başlayıb.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 19:00-da start götürüb.
Matçı FIFA referisi Kamal Umudlu idarə edir.