"Qarabağ"ın oyununu "CBC Sport" telekanalı vasitəsilə canlı izləmək mümkün olacaq.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, uzun sürən danışıqlardan sonra "CBC Sport" matçın yayım hüququnu əldə edib.
Hazırda yayımla bağlı texniki sınaqlar aparılır.
"Qarabağ"ın Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində bu gün İslandiyanın "Vestri" klubuna qarşı keçirəcəyi matç ölkəmizdə canlı yayımlanmaya bilər.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb islandların "CBC Sport"dan yayım üçün yüksək ödəniş tələb etməsi və bir neçə şərt qoymasıdır.
"CBC Sport"dan verilən məlumata görə, hazırda danışıqlar davam edir.
İslandiya tərəfinin irəli sürdüyü şərtlər nə kanalı, nə də "Qarabağ" tərəfini razı salır.
Qeyd edək ki, "Vestri" - "Qarabağ" matçı bu gecə saat 00:00-da oynanılacaq.
Xatırladaq ki, Bakıda keçirilən qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.