"Qarabağ"ın 19 yaşadək komandası (U-19) UEFA Gənclər Liqasında Almaniyanın "Ayntraxt" və İngiltərənin "Liverpul" komandaları ilə qarşılaşmayacaq.
Oxu.Az Prosport.az-a istinadən xəbər verir ki, Gənclər Liqasının reqlamentinə əsasən, Çempionlar Liqası yolu ilə gedən komandalar əsas klubların Çempionlar Liqasında yalnız ilk altı matçındakı rəqiblərin U-19 komandaları ilə qarşılaşa bilər. Bu səbəbdən də "Ayntraxt" və "Liverpul"la oyunlar baş tutmayacaq.
"Qarabağ" U-19-nun təqvimi
16-18 sentyabr
Lissabon. "Benfika" (Portuqaliya) - "Qarabağ"
30 sentyabr - 1 oktyabr
Bakı. "Qarabağ" - "Kopenhagen" (Danimarka)
21-22 oktyabr
Bilbao. "Atletik" (İspaniya) - "Qarabağ"
4-5 noyabr
Bakı. "Qarabağ" - "Çelsi" (İngiltərə)
25-26 noyabr
Neapol. "Napoli" (İtaliya) - "Qarabağ"
9-10 dekabr
Bakı. "Qarabağ" - "Ayntraxt" (Almaniya).
Bu mərhələdə ilk 22 komanda fevralın 3-4-də keçiriləcək 1/16 finala vəsiqə qazanacaq.
Qeyd edək ki, UEFA Gənclər Liqasında AFFA Gənclər Liqasında ötən mövsümün çempionu olmuş "Sabah" da iştirak edəcək. Bu komanda ölkə çempionları yolu ilə mübarizəyə ölkə reytinqinə görə II mərhələdən başlayacaq. I və II mərhələlərin püşkü sentyabrın 1-də atılacaq. "Sabah" 22 oktyabr və 5 noyabrda potensial rəqibi ilə qarşılaşıb III mərhələyə çıxmağa çalışacaq.
Onu da bildirək ki, son qalibi "Barselona" olmuş bu turnirin final matçı aprelin 20-də İsveçrənin Nyon şəhərinin "Kolovrey" stadionunda keçiriləcək.
Xatırladaq ki, bu gün 2025/26 mövsümü UEFA Çempionlar Liqasının Liqa mərhələsində Azərbaycanı təmsil edəcək "Qarabağ"ın oyunlarının vaxtı müəyyənləşib.