Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən “Qəbələ”- “Qarabağ” matçı Ağdam təmsilçisi üçün uğursuz alınıb.
Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Avro Liqaya çexiyalı hakim ucbatından yekun vuran “Qarabağ” səfərdə “Qəbələ”yə 2-1 hesabı ilə uduzub. Hesabı “Qarabağ”ın futbolçusu Namiq Ələsgrov açsa da, Soltanov və Dodo “Qəbələ”nin qələbəsını vurduğu qollarla təmin ediblər.
Məğlubiyyətə baxmayaraq Qurban Qurbanovun komandası 28 xalla liderliyini davam etdirir.