“Qarabağ” Futbol Klubu dünəndən etibarən 2017/18-ci illər mövsümünün hazırlıqlarına start verib.
Oxu.Az-ın məlumatına görə, mövsümün ilk məşqi günorta saatlarında klubun bazasında olub.
Komandanın baş məşqçisi Qurban Qurbanov mayın 5-i ölkə kubokunun finalından sonra futbolçularına istirahət vermişdi.
İlk məşqdə Dino Ndlovu, Arif Daşdəmirov, Elvin Yunuszadə və əvəzedici heyətin bir neçə futbolçusu iştirak edib.
Millimizin heyətində olan 8 futbolçu: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Ağabala Ramazanov, Əfran İsmayılov, Qara Qarayev, Rahid Əmirquliyev və Riçard Almeyda, Bosniya və Hersoqovina yığmasına dəvət alan İbrahim Şehiç və U-21 yığmamızın toplanışına dəvət alan Mahir Mədətov, Elgün Uluxanov və Eltun Turabov ilk məşqdə iştirak etməyib.
Daha bir futbolçumuz Ansi Aqolli isə bir neçə gün sonra komandaya qoşulacaq.
Z.Q.
www.oxu.az