Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Lənkəranda oğrular qaz kranlarını oğurlayıblar – VİDEO
Lənkəranda yaşayış binalarındakı qaz kranlarının oğurlanması əhali üçün real təhlükə yaradıb.
Oxu.Az Xezerxeber.az-a istinadla bildirir ki, şəhərdə fasilədən sonra qaz verildikdə qəzalı vəziyyətə salınan borularından ətrafa və binanın daxilinə qaz sızmağa başlayıb.
Gecə saatları olduğundan 12, 17 və 19 saylı beşmərtəbəli yaşayış binalarında yaşayan sakinlər qaz iyinə oyanıb. Xoşbəxtlikdən hər hansı bədbəxt hadisə baş verməyib.
Sakinlər dərhal qaz-qəza xidmətinə məlumat veriblər. Bəziləri isə kustar üsullarla da olsa, qaz sızmasının qarşısını alıblar.
Məsələ ilə bağlı Lənkəran Qaz İstismar İdarəsinin təmir-bərpa xidmətinin rəisi Azad Babayev deyir ki, belə hadisə ilk dəfə olmur.
Ümumilikdə son iki ayda 15 binada belə halın baş verdiyi faktı rəsmiləşdirilib.
Sakinlər bunu edən şəxs və ya şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsini istəyirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
İ.N.