Ağdamın “Qarabağ” klubu ciddi itki ilə üzləşib.
Oxu.Az idmanxeber.com-a istinadən xəbər verir ki, “köhlən atlar”ın aparıcı üzvü Reynaldo zədələnərək sıradan çıxıb.
Braziliyalı futbolçu komandanın məşqində zədələnib. “Sambaçı” hətta klubun son məşqini də buraxmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, “Qarabağ” iyulun 12-də Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində Lüksemburq “Dudelanj”ı ilə qarşılaşacaq və Reynaldonun bu matçda oynayıb-oynamayacağı sual altındadı.