Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları çərçivəsində Ağdamın “Qarabağ” klubu Fransa “Sent-Etyenin” qonağı olub..
Oxu.Az xəbər verir ki, gərgin və maraqlı keçən qarşılaşma 1:1 hesablı heç-heçə ilə bitib.
Oyunda hesabı təmsilçimiz açıb. 15-ci dəqiqədə Vüqar Nadirov gğzəl aşırma zərbəsi ilə komandamızı irəli çıxarıb. Lakin fransızların cavabı özünü çox gözlətmədi. Bu qoldan cəmi 6 dəqiqə sonra Riki van Volfsvinkel matçda bərabərliyi bərpa etdi.
Qalan dəqiqələrdə isə qapılara qol vurulmadı, və qarşılaşma 1:1 hesabı ilə yekunlaşdı.
Qrupun digər oyununda isə İtaliya “İnter"i Ukrayna “Dnepr”ini 2:1 hesabı ilə məğlub edib.
Bu nəticələrdən sonra aktivində 5 xalı olan “Qarabağ” “F” qrupunda yenidən ikinci pilləyə yüksəldi. Ümid edirik ki, komandamız son turda doğma meydanda “İnter” ilə görüşdə lazımi nəticəni əldə edərək qrup mərhələsini adlayacaq.
F qrupu:
İnter - 11 xal
Qarabağ - 5 xal
Sent-Etyen - 5 xal
Dnepr - 4 xal