Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” növbəti transferi reallaşdırıb.
Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi Haiti millisinin üzvü olan və ötən mövsüm Türkiyə Superliqasında “Alanyaspor”da forma geyinən Vild-Donald Guerrierin keçidini həll edib.
Yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, futbolçu peşəkar karyerasına ölkəsinin “Amerika De Ke” klubunda başlayıb və 2013-cü ilin yayında Polşanın “Visla” klubuna transfer olunub. 2013-2016-ci illərdə “Visla”da 75 oyuna çıxan Guerrier 20 qolla yadda qalıb. Geridə qalan mövsümdə isə Donald “Alanyaspor” formasıyla 20 oyunda 4 qolla yadda qalıb. 2010-cu ildən Haiti millisinə dəvət alan 28 yaşlı futbolçu yığma komandada 37 oyunda 8 dəfə fərqlənib.
A.H.