Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Qarabağ”ın sabiq hücumçusu: “Bayer”lə Bakıdakı oyun fərqli keçəcək”
“Bayer”lə Bakıdakı oyun fərqli keçəcək”.
Bunu “Report”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Rauf Əliyev Azərbaycan çempionunun Almaniya klubu “Bayer 04”lə keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun oyunu ilə bağlı danışarkən deyib.
Gənc mütəxəssis ötən həftə Leverkuzendə qeydə alınan 1:5 hesablı məğlubiyyətə baxmayaraq, Ağdam komandasından evdə uğurlu çıxış gözləyir:
“Rəqibin kimliyindən asılı olmayaraq, azarkeşlər “Qarabağ”dan Bakıdakı matçlarda həmişə qələbə gözləyirlər. Bu, komandaya olan inamdan xəbər verir. Təmsilçimiz səfərdə böyük hesabla uduzmasına baxmayaraq, əminəm ki, növbəti dueldə almanlarla rəqabət aparacaq. Fikrimcə, başqa mübarizə izləyəcəyik”.
R.Əliyev “Bayer 04”ün hazırda çox yaxşı formada olduğunu vurğulayıb:
“Bayer” ən yaxşı formada olduğu dönəmdə “Qarabağ”la qarşılaşır. Aradakı səviyyə fərqi çox böyükdür. Təsadüfi deyil ki, onlar hazırda Almaniya Bundesliqasına liderlik edirlər. Avropa Liqasında da qrupun aşkar favoritidirlər. Qrup ikinciliyinə isə “Qarabağ”ı daha şanslı hesab edirəm”.
Qeyd edək ki, “Qarabağ”la “Bayer 04” arasında növbəti oyun noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb
- Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır