I Liqada mübarizəni dayandıraraq II Liqaya enən "Qaradağ Lökbatan" klubu fəaliyyətini davam etdirəcək.
Klubdan Oxu.Az-a verilən məlumata görə, komanda hazırda heyəti gücləndirmək üçün bəzi futbolçularla danışıqlar aparır.
Klub baş məşqçi postu üçün də bəzi mütəxəssislərlə razılaşmaq üçün danışıqlara start verib.
Qeyd edək ki, I Liqanın sonuncu turunda "Qəbələ" ilə görüşdə 0:3 hesabı ilə məğlub olan "Qaradağ Lökbatan" klubu mövsümü 23 xalla sonuncu pillədə başa vurub. Komanda 27 oyundan beşində qələbə qazanıb, səkkizində heç-heçə edib. I Liqanı tərk edən "Qaradağ Lökbatan" mövsüm ərzində meydanı 27 dəfə məğlub tərk edib.
Anar Həsənov