Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Dövlət Agentliyi: 29 qeyri-qida malının etiketində Azərbaycan dilində zəruri məlumat olmayıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak bazarına nəzarət tədbirləri çərçivəsində doqquz müəssisənin idxal etdiyi 29 adda qeyri-qida malının etiketində Azərbaycan dilində zəruri məlumatların olmadığı aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, pozuntu hallarının aradan qaldırılması məqsədilə həmin müəssisələrə ünvanlanmış bildirişlər əsasında məhsulların üzərində ana dilində məlumatların yerləşdirilməsi təmin olunub.
"İstehlakçıların məhsul və xidmətlər barədə dolğun, aydın və başadüşülən məlumat əldə etməsi, istehlak zamanı yarana biləcək potensial risklərin, həmçinin aldadılma və çaşdırılma hallarının qarşısının alınması baxımından qeyri-qida mallarının etiketlərində Azərbaycan dilində məlumatların təqdim olunması mühüm əhəmiyyət kəsb edir. Bu tələbin məqsədi istehlakçıların seçim hüququnu təmin etməklə bazarda şəffaflığı artırmaqdır", - deyə məlumatda qeyd olunub.
"Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi" teqi üzrə xəbərlər
- Məşhur süd məhsulları firmasının fəaliyyətində nöqsanlar aşkarlandı
- Etiketdə və kassada fərqli qiymətlər: Mağaza sahiblərinin hiylələri ifşa olundu
- 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi" başlayıb
- "Bazarstore" qiymət fərqinə görə cərimələnib
- Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki qurumlar AÇIQLANDI