"Barselona"nın yarımmüdafiəçi qavinin dizində artroskopik əməliyyat keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə klub özünün "X" sosial media səhifəsində məlumat yayıb.
Məlumata görə, 21 yaşlı futbolçunun sağalma müddəti 4-5 aya qədər çəkəcək.
Qavi son zədəsini 2025-ci ilin avqustunda alıb. Bu mövsüm o, La Liqada iki matçda iştirak edib və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub.