Transfer pəncərəsinin son günündə “Qəbələ” futbol klubu iki oyunçu ilə sıralarını möhkəmləndirdi.
Oxu.Az xəbər verir ki, “Xəzər-Lənkəran”dan icarəyə götürülmüş Vaqif Cavadovdan sonra, “Qəbələ” argentinalı Fakundo Abel Pereyru ilə müqavilə bağlayıb. O da icarəyə götürülüb.
Qeyd edək ki, argentinalı hücumçu “Qəbələ”nin Avropa Liqasındakı rəqibi – yunan PAOK-una məxsusdur. İcarənin müddəti bir ildir.
F.H.
www.oxu.az