"Sabah" Premyer Liqada 100-cü qələbəsini qazanıb.
Oxu.Az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXIII turunda "Qəbələ" üzərində 7:1 hesablı qələbə qazandıqları oyuna təsadüf edib.
2018/2019 mövsümündən Premyer Liqada çıxış edən "Sabah" 235-ci matçında 100-cü qələbəsini qazanıb. Bu qələbələrdən 52-si evdə, 48-i səfərdə əldə olunub. Paytaxt təmsilçisi turnirin tarixində 100 və daha çox oyunda qalib gələn 14-cü komandadır.
Qeyd edək ki, "Sabah" ilk qələbəsini 2018-ci il avqustun 12-də həmin vaxt "Keşlə" adlanan indiki "Şamaxı" üzərində 1:0 hesabı ilə qazanıb.