Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı daşıyan 11 vaqondan ibarət yük qatarı Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.
Oxu.Az xəbər verir ki, göndərilən taxılın ümumi çəkisi 1023 tondur (netto 770 ton).
Qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçərək Ermənistan istiqamətinə yol alacaq.
Qeyd edək ki, martın 9-da Azərbaycan ərazisindən keçməklə Ermənistana 488 ton Rusiya taxılı daşıyan yeddi vaqondan ibarət yük qatarı yola salınıb.
Xatırladaq ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 22 min tondan çox (320 vaqon) taxıl, həmçinin 610 ton (9 vaqon) gübrə göndərilib.
Daha çox foto burada: PhotoStock.az
Məlik Məlikov
Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl yüklü 11 vaqon göndəriləcək.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, sabah 1 023 ton taxıl Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana yola salınacaq.