Futbol üzrə Azərbaycan Kubokunun ilk finalçısının adına aydınlıq gəlib.
Oxu.Az xəbər verir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Qəbələ” ilə qarşılaşıb.
Ağdam klubu 2:1 hesabı ilə qələbə qazansa da, finala çıxan tərəf “Qəbələ” olub. Çünki Qəbələdəki ilk oyunda meydan sahibləri 1:0 qalib gəlmişdi.
“Qəbələ” “Qarabağ”a uduzdu, finala çıxdı - VİDEO
Qeyd edək ki, mayın 19-da Naxçıvanda keçiriləcək finaldakı digər iştirakçının adına
“Zirə” - “Sumqayıt” oyunundan sonra aydınlıq gələcək.
Səbuhi MUSAYEV