Sərbəst üsulla xizək sürmə (fristayl) növündə hazırkı dünya birincisi olan Yeni Zelandiya təmsilçisi Finli Melvil Ayvs 2026-cı il Qış Olimpiya Oyunlarında lisenziya xarakterli yarışlarda uğursuzluqla üzləşərək yıxılıb.
Oxu.Az "TASS" agentliyinə istinadla məlumat verir ki, hadisə idmançının çıxışı zamanı baş verib.
Qəzadan dərhal sonra idmançıya yenindəcə ilkin tibbi yardım göstərilib, daha sonra isə o, xərək vasitəsilə ərazidən təxliyə edilib.
Qeyd edək ki, 19 yaşlı Ayvs 2025-ci ildə baş tutan haf-payp (halfpipe) üzrə dünya çempionatında qızıl medal qazanıb. O, bundan bir il əvvəl Yeniyetmələrin Qış Olimpiya Oyunlarında eyni növdə gümüş medala sahiblənmişdi.
Xatırladaq ki, İtaliyanın ev sahibi olduğu Qış Olimpiya Oyunları fevral ayının 22-də yekunlaşacaq.