Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Nofəl Əsgərovun bu yaxınlarda tapılmış nəşinin qalıqları dəfn olunub.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun cənazəsi Gəncənin Səbiskar qəbiristanlığının Şəhidlər cərgəsində torpağa tapşırılıb.
Qeyd edək ki, N.Əsgərov 1965-ci il sentyabrın 10-da Tərtər rayonunun Borsunlu kəndində anadan olub. 1992-ci il iyunun 16-da Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində itkin düşüb.