"Zirə" avrokuboklardakı güclü rəqiblərdən biri hesab olunur".
Oxu.Az xəbər verir ki, bunu Xorvatiyanın "Hayduk" klubunun baş məşqçisi Qonsalo Qarsiya UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"yə qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
"Avrokuboklar mövsümü başlayıb və biz rəqabət aparmağa hazırıq. "Zirə" avrokuboklarda güclü rəqiblərdən biridir. Sabah yaxşı nəticə əldə etmək istəyirik. Biz yeni komanda hesab olunuruq. Rəqib komandanın baş məşqçisi Rəşad Sadıqov uzun illərdir orada çalışır. Bu isə o deməkdir ki, komanda artıq nə istədiyini bilir".
Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Neftçi Arena"da baş tutacaq. Komandalar arasında cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da "Polyud Stadium"da start götürəcək.
Anar Həsənov