"Sabah "Dinamo"ya qarşı uğurlu nəticə əldə etməyə çalışacağıq".
Oxu.Az xəbər verir ki, bu fikirləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Dinamo Kiyev" (Ukrayna) oyunundan əvvəl Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Baş məşqçi öncəliklə "Sabah"ı təbrik edib:
"Sabah"ı təbrik edirəm. Çempionlar Liqasının pley-offuna vəsiqə qazandılar.
Özümüzə gəldikdə isə, yaxşı hazırlaşmışıq. Yaxşı nəticə əldə etməyə çalışacağıq. Rəqib də güclüdür. Amma inanıram ki, uğurlu nəticə üçün hər şeyi edəcəyik. İlk oyunda fərdi səhvlərimiz oldu. Hücumda dəyişiklik olmuşdu. Cəbrayıl çıxış etdi, özünü pis tərəfdən göstərmədi.
Səhvlər rəqibə görə olur. Rəqib buna məcbur edir. Oyunun tempi aşağı olanda səhvlər də olur. Lakin səhvləri də aradan qaldırmalıyıq. Ola bilər ki, oyunçularımız bir-birilərini də tamamlaya bilmirlər".
Qeyd edək ki, komandalar arasındakı ilk qarşılaşma rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.