"Belə böyük komandalara qarşı qalibiyyət çox önəmlidir".
Oxu.Az xəbər verir ki, bunu "Qarabag"-"Çelsi" oyunundan əvvəl mətbuat konfransında jurnalistlərə açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
O bildirib ki, biz ingilis komandalarına qarşı heç vaxt xal qazana bilməmişik:
"İngiltərə Premyer Liqası dünyanın ən güclü liqasıdır. Bu cür liqanın komandasına qarşı məğlub olsaq da bu, bizim qazancımız sayılır. Biz inamlı olmalıyıq. Azarkeşlərimizi gözəl oyunla sevindirməliyik. Onların Bakıya gəlməsi və onlarla oynamağımız bizim üçün uduşdur".
Murad Nəsimi