Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qurban Qurbanov "Qarabağ" klubu ilə 500-cü matçına çıxıb
"Qarabağ" Qurban Qurbanovun baş məşqçi olduğu dövrdə 500-cü çempionat oyununu keçirib.
Oxu.Az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XI turuna təsadüf edib.
Ağdam klubu yubiley görüşündə "Şamaxı"nı 3:0 hesabı ilə məğlub edib.
17-ci mövsümdür "Qarabağ"ı çalışdıran Qurbanovun debütü 2008-ci il avqustun 9-da "Bakılı" ilə səfər görüşünə təsadüf edib. Həmin qarşılaşmada onun komandası 2:1 hesabı ilə qalib gəlib. Ağdam klubu onun baş məşqçi olduğu müddətdə Premyer Liqada 315 qələbə qazanıb, 116 heç-heçə edib və 69 dəfə uduzub.
Qeyd edək ki, Qurbanov ölkə çempionatları tarixində həm eyni komandada, həm də ümumilikdə ən çox oyun keçirən baş məşqçidir.
"Qurban Qurbanov" teqi üzrə xəbərlər
- UEFA klubların 10 illik reytinq siyahısını açıqladı - "Qarabağ" neçəncidir?
- "Qarabağ" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
- "Qarabağ" ardıcıl dördüncü dəfə qış çempionluğunu elan edib
- Qurban Qurbanova Türkiyə və Avropa klublarından təklif gəlib - AÇIQLAMA
- Qurban Qurbanov Olavio Juninyonun "Sevilya"ya keçidi ilə bağlı xəbərlərə münasibət bildirib
Rəylər