"Çelsi" bəzən rotasiyalar etsə də, oyun üslubuna sadiq qalan komandadır".
Oxu.Az xəbər verir ki, bunu 'Qarabağ" - "Çelsi" oyunundan əvvəl mətbuat konfransında jurnalistlərə açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
O bildirib ki, sabah rəqibin heyətinə uyğun taktika seçəcəyik:
"Belə komandalara qarşı biz daha çox öz oyunumuzu daha yaxşı göstərməyə çalışacayıq. Belə oyunlarda bəzi xırda detallar var ki, onlardan istifadə etməyə çalışacayıq. Təxminən start heyəti müəyyənləşdirmişəm. Lakin kiçik bir detal var ki, onu da sabah səhər məşqindən sonra dəqiqləşdirməyə çalışacayıq."
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Murad Nəsimi