Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, “İnter Arena”da təşkil olunan görüşdə “Qarabağ” “Simurq”u sınağa çəkib. Ağdam təmsilçisi minimal hesabla qalib gəlib – 1:0. Yeganə qolu oyunun 15-ci dəqiqədə Cavid Tağıyev vurub.
Qeyd edək ki, bu gün “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanovun doğum günüdür.
Digər yarımfinal görüşündə “Neftçi” “İnter”i qəbul edib. Nikolas Kanalesin 19 və 71-ci dəqilərdə vurduğu qollar “Neftçi”yə 2:0 hesablı qələbə qazandırıb.
Cavab oyunları aprelin 21-də keçiriləcək.