Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qurban Qurbanova sərvət dəyərində nömrə hədiyyə edilib?
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalov tərəfindən bahalı avtomobil nömrəsi hədiyyə edildiyinə dair məlumatlar yayılıb. Məlumatda generalın Ağdam klubunun çalışdırıcısına 77-QQ-777 dövlət nömrə nişanını bağışladığı vurğulanıb.
Məsələ ilə bağlı "Qarabağ" klubunun Mətbuat Xidmətinin rəhbəri Anar Hacıyev "Qafqazinfo"ya açıqlama verib.
Klub rəsmisi yayılan məlumatların həqiqətəuyğun olmadığını bildirib:
"Bu xəbər nəyə əsasən ortaya atılıb, bizə məlum deyil. Xəbər reallığı əks etdirmir. Yayılan fotodakı nə avtomobilin, nə də həmin nömrənin Qurban Qurbanova aidiyyəti var".
"Qurban Qurbanov" teqi üzrə xəbərlər
- Qurban Qurbanovun istəmədiyi azərbaycanlı futbolçu karyerasını Polşada davam etdirə bilər
- "Qarabağ"ın yoldaşlıq oyunu keçirəcəyi BÜTÜN RƏQİBLƏRİ bəlli oldu
- Qurban Qurbanov: "Zirə" ilə oyunda qəbuledilməz səhvlər etdik"
- Həbib Nurməhəmmədov və İslam Maxaçev Bakıya gəliblər
- Qurban Qurbanov: "UFC turnirində olacam və hər kəsi döyüşçülərimizi dəstəkləməyə çağırıram"