Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Fəhlənin səhlənkarlığı partlayışa səbəb oldu: Müəssisədəki hadisənin TƏFƏRRÜATI
Sumqayıtda fəhlənin iş zamanı yanması barədə bəzi detallar məlum olub.
Belə ki, müəssisənin əməkdaşı Şəhriyar Hadıyev Hamlet Şiriyevin həyatı təhlükəsinin olmadığını, hadisənin onun səhlənkarlığı ucbatından baş verdiyini bildirib: "Ağzı bağlı qabı alova atıb, o da partlayıb. Yüngül yanıq xəsarəti alıb".
Qeyd edək ki, hadisə "Tuq zavod" adlanan ərazidə yerləşən istehsalat müəssisələrindən birində qeydə alınıb. Xəsarət alan şəxs - 1988-ci il təvəllüdlü Hamlet Şiriyev Bakı şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.
Ətraflı Baku TV-nin süjetində:
"İyulun 14-də 1988-ci il təvəllüdlü (kişi cinsli) şəxs yanıq xəsarəti ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub".
Bunu APA-nın sorğusuna cavab olaraq Yanıq Mərkəzindən bildiriblər.
Qeyd olunub ki, ona bədən səthinin 60-65%-nin yanığı, III dərəcəli termiki alov yanığı diaqnozu təyin edilib.
Hazırda vəziyyəti ağır qiymətləndirilir.
Sumqayıtda fəhlə iş zamanı yanıq xəsarətləri alıb.
"Report" məlumat verir ki, hadisə "Tuq zavod" adlanan ərazidə yerləşən istehsal müəssisələrinin birində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Hamlet Elxan oğlu Şiriyev müəssisədə iş görən zaman termiki yanıq xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər