Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Qvardiola "Mançester Siti"nin uğursuzluğunu Kevin De Bruynenin üzərinə atdı
"Mançester Siti"nin 33 yaşlı ulduzu Kevin De Bruyne yayda klubu tərk edəcək. "Şəhərlilər" belçikalı ilə müqaviləni yeniləməyəcəklər.
Oxu.Az xəbər verir ki, yekun qərarı Pep Qvardiola verib və hesab edir ki, komandasının qeyri-qənaətbəxş nəticələrinin səbəbi belçikalının zəif çıxışıdır.
Böyük ehtimalla, Kevin karyerasını MLS-də davam etdirəcək. Belçikalı ilə müqavilə bağlamaq üçün əsas favorit yeni yaradılmış və cari mövsümdən etibarən Amerika çempionatında çıxış etməyə başlayan iddialı "San Dieqo"dur. De Bruyne yeni yaradılan komandanın siması olmalıdır.
Qeyd edək ki, 33 yaşlı futbolçu bu mövsüm 27 oyuna çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.
"Kevin De Bruyne" teqi üzrə xəbərlər
- Kevin De Bruynenin yeni komandası bəlli olub
- Kevin De Bruyne karyerasını ABŞ Liqasında davam etdirəcək
- "Fənərbağça" belçikalı ulduza həftəlik 250 min funt-sterlinq təklif edib
- "Ən-Nəsr" Kevin De Brüyneyə kosmik maaş təklif edib
- Belçikalı ulduz Kevin De Bruyne İngiltərə Premyer Liqasının ən yaxşı yarımmüdafiəçisi seçildi