Azərbaycan Prezidenti İlham Əliyev Bakı-2015 Avropa Oyunlarında kişilər arasında 80 kiloqramdan yuxarı çəki dərəcəsində taekvando yarışlarında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib.
Oxu.Az-ın məlumatına görə, bu çəki dərəcəsində qızıl medalı azərbaycanlı taekvandoçu Radik İsayev qazanıb.
Fəxri kürsüyə qalxan İsayevə qızıl medalı ölkə başçısı İlham Əliyev təqdim edib.
Daha sonra himn sədaları altında dövlət bayrağımız dalğalanıb.