Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Rafael Fiziyevin Las-Veqasda qazanacağı məbləğ bəlli oldu
Azərbaycan idmançısı Rafael Fiziyevin Castin Qeyci ilə döyüş üçün alacağı qonorar bəlli olub.
Oxu.Az xəbər verir ki, yüngül çəkidə mübarizə aparan döyüşçümüz "UFC-313" turnirinə qatıldığı üçün 300 min dollar alacaq.
Gecənin ikinci döyüşündə təmsilçimizə rəqib olacaq ABŞ idmançısı isə 500 min dollar qonorar əldə edəcək. Bu rəqəmlər döyüşçülərin nəticədən asılı olmayaraq alacağı məbləğdir. Fiziyev və Qeyci ABŞ-nin Las-Veqas şəhərindəki döyüşdə qələbə və digər bonuslar da qazanmaq imkanına malikdirlər.
"UFC-313"ün əsas döyüşündə rusiyalı Maqomed Ankalayev və braziliyalı Aleks Pereyra üz-üzə gələcəklər. Titul görüşündə Pereyra 1 milyon, Ankalayev 750 min dollar qonorar alacaqlar. Qələbə hesabına braziliyalının qazancı 3.5 milyon, rusiyalınınkı isə 1.8 milyon dollara çata bilər.
Qeyd edək ki, "UFC-313" Bakı vaxtı ilə saat 7:00-da başlayacaq.
"Rafael Fiziyev" teqi üzrə xəbərlər
- Fiziyev Qeyciyə məğlub oldu
- Rafael Fiziyev: "Castin Qeycidən rədd cavabı gələndən sonra özümə bir kiloqram dondurma aldım"
- Rafael Fiziyev amerikalı idmançını döyüşə dəvət etdi
- Uzun müddət sonra oktaqona qayıtmaq qərarına gələn Rafael Fiziyevin rəqibi bəlli oldu
- Rafael Fiziyev UFC-yə qayıdacağı tarixi açıqlayıb