Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev bu gün Slovakiya çempionatında "Jilina"nın heyətində debüt edib.
Oxu.Az Report-a xəbər verir ki, Azərbaycan yığma komandasının 21 yaşlı hücumçusu XXI turun "Zlate Moravse" ilə ev oyununun 76-cı dəqiqəsində meydana daxil olub.
O, matç zamanı sol cinah hücumçusu mövqeyində çıxış edib.
Oyun meydan sahiblərinin böyükhesablı qələbəsi ilə nəticələnib. Ramil komandasının 2-ci qolunun müəllifi olan Samuel Mrazı əvəzləyib. "Jilina" bundan sonra daha 2 qol vuraraq böyükhesabla qalib gəlib.
Qeyd edək ki, "Jilina" 19 oyundan 47 xalla aşkar liderdir.
20:30. "Jilina" - "Zlate Moravse" - 4:1