Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ramil Şeydayevin Türkiyə klubundakı taleyinə aydınlıq gəldi
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev çıxış etdiyi Türkiyənin "Kocaelispor" klubu ilə müqavilə müddətini uzadacaq.
Oxu.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, komandanın baş məşqçisi Ertuğrul Sağlam Ramil Şeydayevin "Kocaelispor"da qalmasını istəyib.
Baş məşqçi həmçinin xorvatiyalı Yosip Vukoviç və gürcü Gigi Beridzenin də növbəti mövsümdə "Kocaelispor"da çıxış etməsinin tərəfdarı olub.
Qeyd edək ki, Ramil bu ilin yanvarında "Kocaelispor"a keçib.
"Ramil Şeydayev" teqi üzrə xəbərlər
- Ən potensiallı azərbaycanlı futbolçu
- Maqnitin əks qütbləri və formaya "sığmayan" ümidlər
- Fernandu Santuşun ixtiyarında olan Azərbaycan millisi Estoniyaya qalib gələ bilərmi?
- Fernandu Santuşu Azərbaycan millisinin heyəti ilə bağlı narahat edən nədir?
- UEFA Millətlər Liqası: Azərbaycan millisinin heyəti açıqlanıb
Ən çox oxunanlar