Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyununda Madridin “Real” klubu rəqib meydanında Münhenin “Bavariya”sını darmadağın etdi - 0:4 .
Oxu.Az xəbər verir ki, “Real” ilk hissədə rəqibindən tam üstün oldu.
16 dəqiqədə Sergio Ramos hesabı açdı, 20 Ramos dubl etdi, 34 dəqiqədə isə Kriştianu Ronaldunu hesabı 0:3 çatdırdı.
İkinci hissədə İspaniya təmsilçiləri hesabı qorumaq üçün oyunun tempin aşağı saldılar. 90 dəqiqədə isə Ronaldu cərimə zərbəsindən gözəl qol vuraraq oyunda son nöqtəni qoydu - 0:4.
Qeyd edək ki, ilk oyunda Kərim Benzemanın 19-cü dəqiqədə vurduğu qolla “Real” 1:0 hesabı ilə qələbə qazandırmışdır.
Beləliklə madridlilər rəqiblərini iki oyunun nəticəsinə görə (5:0) məğlub edərək finala çıxdılar. Onların rəqibləri çərşənbə günü keçiriləcək “Çelsi” (London) - “Atletiko” (Madrid) oyunundan sonra bilinəcək. Qeyd edək ki, Madriddə keçirilən ilk oyun 0:0 hesabı ilə bitmişdir.