İspaniyalı jurnalist və aparıcı Xosep Pedrerol La Liqada "Sevilya" üzərində qazanılan qələbədən (1:0) sonra "Real Madrid"in daxilindəki vəziyyətlə bağlı diqqətçəkən açıqlamalar edib.
Oxu.Az "Championat" nəşrinə istinadən xəbər verir ki, Pedrerolun sözlərinə görə, Xabi Alonsonun gedişindən sonra Madrid klubunun paltardəyişmə otağında, xüsusən də Kilian Mbappe ətrafında gərgin atmosferin yarandığı barədə söhbətlər daha da artıb.
Jurnalist matçdan sonrakı podkastında vəziyyəti belə şərh edib: "Mbappe Xabi Alonsoya inanırdı, lakin Vinisius və digər bir neçə oyunçu onu komandadan sıxışdırıb çıxardı. Məndə olan məlumata görə, Mbappe paltardəyişmə otağında tamamilə təkdir".
Xatırladaq ki, son vaxtlar mətbuatda Madrid təmsilçisinin fransalı hücumçusunun komanda yoldaşları ilə münasibətlərinin gərginləşməsi barədə şayiələr getdikcə daha da artmaqdadır. Komandanın oyunlara hazırlaşdığı bir vaxtda hücumçunun İtaliyaya son səfəri fonunda bu vəziyyət daha da kəskinləşib.