"Azərbaycanda gördüyüm ən uğurlu nümunələrdən biri Qarabağda yaradılan "ağıllı şəhər" modelidir".
Bunu Oxu.Az-a açıqlamasında Nigeriyada fəaliyyət göstərən Beynəlxalq İqlim Dəyişikliyi İnkişaf Təşəbbüsü Afrika (ICCDI) təşkilatının icraçı direktoru Olumide İdovu deyib.
O bildirib ki, Qarabağda bərpaolunan enerji mənbələrinin "ağıllı şəhər" konsepsiyasına inteqrasiyası dayanıqlı inkişaf baxımından çox yaxşı nümunədir:
"Dayanıqlı şəhərlərin qurulması prosesində qadınların, qızların və uşaqların iştirakının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə cəmiyyətin bütün təbəqələrini əhatə edən və dayanıqlı şəhər mədəniyyətini formalaşdıran yanaşma tətbiq olunmalıdır".