Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Region Liqasında püşkatma mərasimi keçirilib
Bu gün AFFA-nın inzibati binasında AFFA Region Liqasında yeni mövsümün püşkü atılıb.
Oxu.Az xəbər verir ki, tədbirdə AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov, AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə, AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, Azərbaycan Həvəskarlar Futbolu Federasiyasının prezidenti Rüfət Əmirov və AFFA Məşqçilər Komitəsinin üzvü Yaşar Vahabzadə iştirak ediblər.
AFFA Region Liqasının oyunları 4 regionu əhatə edəcək: Paytaxt və Şimal, Mərkəz, Şimal-Qərb və Qərb, Cənub. Ümumilikdə 54 komandanın mübarizə aparacağı yarışda ilk oyunlar martın 8-9-da keçiriləcək. Mövsümə mayın sonunda yekun vurulacaq.
Püşkün nəticəsinə əsasən, I turda keçiriləcək oyunların siyahısını diqqətinizə çatdırırıq:
Paytaxt və Şimal zonası
A qrupu, I tur
ŞKGB - "Şirvanovka" FK
"Gənclər PFM - "Lokomotiv Baku"
"Ramana" FK - ATİDEL PFK
"Record Club" - "İnşaatçı" PİK
B qrupu, I tur
"Cəngi" FK - "City Baku" FK
"Xanlıq" - "Əmirli" FK
"Çinar Zəngilan" FK - "Dirçəliş" FK
C qrupu, I tur
"Mübariz" FA - "Xudat City" FA
"Bayıl Rovers" - "Qaradağ Şıxlar" FK
İCBFA - "Gənclik" İK
Mərkəz zonası
D qrupu, I tur
"Ümid" FK - "Marafon" İK
"Bahar" (Beyləqan) - "Avşar" FK
"Hacıqabul" - "Şirvan OİK"
E qrupu, I tur
"Araz" (İmişli) - "Sabirabad" FK
"Xankəndi" FK - "Lokomotiv İmişli"
"Şirvan" FK - Mil" FK
Cənub zonası
F qrupu, I tur
"Zəfər-44" - "Biləsuvar" FK
"Ərkivan" (Masallı) - "Salyan OİK"
"Qobustan" FK - "Masallı" PFK
"Lənkəran" FK - "Neftçala" FK
Şimal-Qərb və Qərb zonası
G qrupu, I tur
"Balakən" FK - "Tərtər" FK
"Bərdə" FK - "Kürmük" (Qax)
"Ağstafa Gəncləri" - "Xocalı" PFK
H qrupu, I tur
"Goranboy OİK" - "Naftalan" FK
"Qax" FK - "VT Gəncə"
"Region Liqası" teqi üzrə xəbərlər
- Bakının "İnşaatçı" klubu 30 illik fasilədən sonra yenidən ölkə çempionatında çıxış edəcək
- Bölgə klublarına ŞAD XƏBƏR – Çempionata start verilir
- Region Liqasının başlama tarixi bəlli oldu
- Azərbaycanda yeni futbol klubu fəaliyyətə başlayıb
- "Sportinq"in formasını geyinmiş sabiq futbolçu Region Liqasında çıxış edəcək