Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Renat Dadaşova BƏD XƏBƏR - Yeni baş məşqçi də istəmədi
"Ankaragücü"nün yeni baş məşqçisi Mustafa Dalcı Azərbaycan millisinin futbolçusu Renat Dadaşovla bağlı qərarını verib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis transferə çıxarılan hücumçunun xidmətinə ehtiyac duymayıb.
Dalcı hücum xəttində oyunçu sayının az olduğunu nəzərə alaraq, əsas komandadan kənarlaşdırılanlardan birini kollektivə cəlb edib. O, bosniya və herseqovinalı Riad Bajiçin mövsümün sonuna qədər komandada qalmasını qərara alıb. Ancaq klub Renat Dadaşov, Rikkardo Saponara və Kevin Varqa ilə yolları ayırmaqda israrlıdır.
Türkiyədə "transfer pəncərəsi" artıq bağlandığından, adıçəkilən futbolçular fərdi hazırlaşmaqla kifayətlənməli olacaqlar. Onlarla müqaviləyə xitam verilməsə, mövsümün sonuna qədər heç bir oyunda iştirak etməyəcəklər.
Qeyd edək ki, Renat Dadaşovun "Ankaragücü" ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.
"Renat Dadaşov" teqi üzrə xəbərlər
- Polşa klubu Renat Dadaşovla bağlı yekun qərarını verib
- Renat Dadaşov yeni komandasının ən bahalı futbolçusu oldu
- Renat Dadaşovun "Radomyak"ı seçməsinin səbəbi bəlli olub – Almaniyaya getmək istəyir
- "Radomyak" klubunun baş məşqçisi: "Renat Dadaşov güclü və döyüşkəndir"
- Renat Dadaşov Polşa klubunda - Müqavilənin müddəti bəlli oldu