Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Türkiyənin Azərbaycandakı səfiri: "Şimali Kipr beynəlxalq arenada layiqli yerini alacaq"
Türkiyənin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəliyini ziyarət edib.
Oxu.Az xəbər verir ki, səfir Azərbaycanda olmaqdan, eləcə də səfir kimi ilk ziyarətini ŞKTC-nin Bakıdakı nümayəndəliyini ziyarət etməkdən məmnun olduğunu deyib.
Birol Akgün bildirib ki, Şimali Kiprin Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində diqqət görməsi, eləcə də təşkilata müşahidəçi üzv statusunda olması təqdirəlayiqdir:
"Lakin ümid edirik ki, Şimali Kipr beynəlxalq arenada layiqli yerini alacaq və TDT də daxil olmaqla, digər beynəlxalq təşkilatlara bərabərhüquqlu üzv olacaq".
Səfir əlavə edib ki, Azərbaycan-Türkiyə münasibətləri bu gün bütün istiqamətlərdə inkişaf edir:
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin güclü liderliyi ilə əlaqələrimizi, Şuşa Bəyannaməsinə uyğun olaraq, daha da inkişaf etdirəcəyik".

Daha çox foto burada: PhotoStock.az
Mərahim Nəsib
"Şuşa" teqi üzrə xəbərlər
- Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin səlahiyyətləri genişləndirildi
- Ceyhun Bayramov: "Türk Dövlətləri Təşkilatı Azərbaycan üçün vacib beynəlxalq təşkilatdır"
- Daxili Qoşunların yaranmasından 33 il ötür
- Firudin Qurbanov: "STEAM Azərbaycan" layihəsi Laçın, Zabux və Şuşa məktəblərində baş tutacaq"
- Şuşa əməliyyatı ilə bağlı film: Çəkilişlər harada və nə zaman başlayır? - ÖZƏL