Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Trampın xarici siyasəti ilə razılaşmayan diplomatlar işdən çıxarılacaqlar](https://images.oxu.az/2025/02/13/uzzhUaaPJrd4axBkGFvCsm3iDTDeeD8UADoANUrz:1200.jpg)
Trampın xarici siyasəti ilə razılaşmayan diplomatlar işdən çıxarılacaqlar
ABŞ-də diplomatlar Ağ Evin xarici siyasəti ilə razılaşmadıqları təqdirdə işdən çıxarıla bilərlər.
Oxu.Az-ın "İnterfaks"a istinadla verdiyi məlumata görə, ölkə Prezidenti Donald Tramp bununla bağlı fərman imzalayıb.
"Prezidentin siyasətini vicdanla həyata keçirməmək peşəkar intizam tədbirləri, o cümlədən işdən azad edilmə üçün əsas hesab olunur", - deyə sənəddə qeyd edilib.
ABŞ Dövlət katibi Marko Rubioya isə diplomatlar və diplomatik idarənin digər işçilərinə qarşı lazım gəldikdə sərt tədbirlər görmək tapşırılıb.
Bundan əlavə, Tramp diplomatik xidmət əməkdaşlarının prezidentin xarici siyasət kursuna tam sadiq qalmalarını təmin etmək üçün işə qəbul qaydalarını və intizam təlimatlarını yenidən yazmağı əmr edib.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- Almaniyalı nazir: "ABŞ hələ Ukrayna danışıqları başlamamışdan əvvəl Rusiyaya güzəştə gedib"
- Tramp və Putinin söhbətindən sonra Ukrayna münaqişəsi həll olacaq? - Üç ssenari DİQQƏT MƏRKƏZİNDƏ
- İsrail bu il İranın nüvə obyektlərinə zərbələr endirə bilər
- Müharibənin yeni mərhələsi: Ukrayna parçalanır, ya sülh müqaviləsi imzalanır?
- NASA Sevgililər Günü münasibətilə kosmosdan paylaşım etdi: Minlərlə çiçək açan ulduzdan buket
Rəylər