"Oyun barədə çox danışmaq çətindir. Hər şey göz qabağında idi".
Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Payde" ilə keçirilən cavab oyunundan (1:1) sonra təşkil olunan mətbuat konfransında deyib.
"Çoxlu qol epizodu yaratdıq. Üç-dörd oyuna bəs edəcək qədər qol imkanımız oldu. Təəssüf ki, top qapıdan keçmirdi. Hər iki oyunun gedişinə baxsaq, mərhələni keçməyə daha yaxın tərəf biz idik. Rəqibi təbrik edirəm", - deyə baş məşqçi bildirib.
Qeyd edək ki, "Payde" iki oyunun ümumi nəticəsinə əsasən "Zirə"ni 2:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.