Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi "Zirə" II təsnifat mərhələsində cavab oyununa çıxıb.
Oxu.Az xəbər verir ki, Bakı klubu Estoniyanın "Payde" komandasını qəbul edib. Sumqayıt şəhər stadionunda təşkil olunan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 5-ci dəqiqədə "qartallar"ın heyətində Eren Aydın açıb. 71-ci dəqiqədə rəqibin heyətində Henri Anyer tarazlığı bərpa edib.
"Payde" ilk görüşdə 1:0 hesabı ilə qalib gəldiyi üçün adını növbəti raunda yazdırıb. Rəşad Sadıqovun komandası isə avrokuboklarla vidalaşıb.
Oyunda ikinci qol vurulub.
Oxu.Az xəbər verir ki, matçda qonaq komanda hesabı bərabərləşdirib - 1:1.
71-ci dəqiqədə Henri Anier adını tabloya yazdırıb.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "Payde" matçında ilk qol vurulub.
Oxu.Az xəbər verir ki, Sumqayıt şəhər stadionunda keçirilən matçda Bakı klubu hesabı açıb - 1:0.
5-ci dəqiqədə Eren Aydın fərqlənib.
UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində "Zirə" Estoniyanın "Payde" klubunu qəbul edir.
Sumqayıt şəhər stadionunda keçirilən oyun başlayıb.
Xatırladaq ki, "Zirə" səfərdə keçirilən ilk görüşdə məğlub olub - 1:0.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Sumqayıtda üz-üzə gələcək "Zirə" və Estoniyanın "Payde" komandalarının start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, saat 20:00-da Sumqayıt şəhər stadionunda start götürəcək matçda komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
"Zirə": 13. Aydın Bayramov, 4. Ruan Renato, 5. Anje Mutsinzi, 7. Eren Aydın, 17. Vyeyra, 20. İssa Cibrilla, 21.Quima, 22. Ayxan Hüseynov, 32. Qismət Alıyev, 93. Brahim Konate, 9. Davit Volkov.
Baş məşqçi: Rəşad Sadıqov.
"Payde": 99. Ebrima Jarju, 7. Edqar Tur, 27. Nikita Baranov, 3. Viktor Hüqo, 2. Maykl Lilander, 11. Madu Sohna, 28. Oskar Hölm (k), 10. Martin Miller, 77. Daniel Luts, 19. Siim Luts, 30. Abdurahman Badamosi.
Baş məşqçi: Tarmo Kink.
Qeyd edək ki, komandalar arasında ilk matç rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.